Fələstinlilər bayram namazını dağıntılar altında və məhdudiyyətlərlə qılıblar.
"Yeni Sabah" xəbər verir ki, Qəzza zolağında və işğal altındakı Şərqi Qüdsdə minlərlə fələstinli Qurban bayramı namazını müharibənin, dağıntıların və İsrail təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi ciddi məhdudiyyətlərin kölgəsində əda edib.
Hücumlar nəticəsində məscidlərin yerlə-yeksan olduğu Qəzzənin Xan Yunis şəhərində sakinlər bayram namazını Huda məscidinin dağıntıları üzərində qılıblar. Oxşar mənzərə Nuseyrat qaçqın düşərgəsində və Qəzzə şəhərinin Saraya meydanında da qeydə alınıb. Dağılmış binaların əhatəsində saf tutan fələstinlilər hücumlarda həyatını itirən yaxınlarının ruhuna dualar oxuyublar. Evlərini itirərək çadır düşərgələrinə sığınan sakinlər isə bayram səhərini təkbirlərlə qarşılayaraq, ağır blokada şəraitində ibadətlərini yerinə yetiriblər. Dördpendirli pizza
İsrail polisinin ciddi yoxlamalarına və bəzi şəxslərə qadağa qoymasına baxmayaraq, on minlərlə müsəlman Məscid-i Əqsaya axın edib. Qüds İslami Vaqflar İdarəsinin məlumatına görə, İslamın ilk qibləsində təxminən 140 min insan bir araya gəlib. Ətraf bölgələrdən gələn fələstinlilər Köhnə Şəhər yollarında uzun tıxaclar yaradıblar. Məscid-i Əqsanı dolduran dindarlar Qüds və Fələstin müftisi Məhəmməd Hüseynin imamətliyi ilə bayram namazını qıldıqdan sonra oxunan xütbəni dinləyiblər.
Nazim Hacıyev
Telegram kanalımız