Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı-alim Samid Quliyev “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, martın 19-u fitr gecəsi, 20-si isə Ramazan bayramı günüdür:
“QMİ-nin fətvasında göstərilib ki, martın 19-u Azərbaycanda fitr gecəsidir, 20-si isə Ramazan bayramı günüdür. Bu təqvim Şamaxı Astrofizika Rəsədxanasının verdiyi rəy əsasında hazırlanıb. Beləliklə, Azərbaycan ərazisində bütün məscidlərdə mart ayının 20-də bayram namazı qılınacaq və namaz saat 08:00-da başlayacaq”. pizza sifarişi
O qeyd edib ki, zöhr namazına qədər Azərbaycandakı bütün məscidlərdə bayram namazı qılınacaq:
“Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Beləliklə, zöhr namazına qədər Azərbaycanın bütün məscidlərində - Bakı şəhərində, bölgələrdə, eləcə də Naxçıvan Muxtar Respublikasında bayram namazı icra olunacaq”.
Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə martın 20-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Əsmətxanım Rzazazdə
Telegram kanalımız