Bayramda qatarla bu qədər sərnişin daşındı

saytların hazırlanması

Evə çatdırılma

Bayramda qatarla bu qədər sərnişin daşındı

Avto

27 Mart 2019 19:41 1108


Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Sabah”a verilən məlumata görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.

19-26 mart tarixlərində dəmir yolu ilə 24880 sərnişin daşınıb. 22423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb. pizza

Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!