Bayramlının villasını çəkməyə gələn jurnalistə hücum edildi   - ŞOK VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bayramlının villasını çəkməyə gələn jurnalistə hücum edildi - ŞOK VİDEO

Hadisə

29 Avqust 2021 15:58 46034


Xəbər verdiyimiz kimi, iddiaya görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı özünə dəbdəbəli villa tikdirir.

Yenisabah.az xəbər verir ki, Kanal 13 TV TƏBİB sədrinə məxsus olduğu iddia edilən villanın tikildiyi yerdən görüntüləri təqdim edib.

Tikinti aparılan ərazidə özünü villanın sahibi kimi təqdim edən şəxs əvvəlcə kanalın kamerasına vurub, daha sonra mikrafonu sındırıb və jurnalistə yüngül xəsarət yetirib. Buna baxmayaraq jurnalistlər sona qədər israr edərək həmin şəxsdən müəyyən məlumatlar ala biliblər. pizza sifarişi

Özünü Razim Bayramlı kimi təqdim edən şəxs qeyd edib ki, villa ona məxsusdur və bütün sənədləri qaydasındadır. Kanal əməkdaşları sənədləri göstərməyi xahiş etsələr də, R.Bayramlı bunu etməyib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Natiq
    sənin deyilsə bəs Ramili hardan tanıyırsan?
    5 years ago
  • Anar
    Özünüzə hörmət qoyun.
    5 years ago