Skopyedə (Makedoniyanın paytaxtı - red.) ATƏT nazirlərinin konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.
Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bir gün əvvəl Şimali Makedoniyanın paytaxtına gedib və orada artıq bir sıra görüşlər keçirib, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə görüşüb. Marqarita pizza
C. Bayramov da hazırda Makedoniyada bir sıra görüşlər keçirir.
Telegram kanalımız