Bayramov və Mirzoyan Moskvada bu tarixdə görüşəcəklər 

saytların hazırlanması

Evə çatdırılma

Bayramov və Mirzoyan Moskvada bu tarixdə görüşəcəklər 

Siyasət

09 May 2023 15:55 820


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan yenidən bir araya gələcəklər. Nazirlərin növbəti görüşü Rusiyada keçiriləcək. 

Modern.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, XİN başçılarının Moskva görüşü mayın 19-na planlaşdırılıb. Danışıqların əsas mövzusu sülh sazişinin imzalanması prosesi olacaq. 

Üçtərəfli formatda keçiriləcək görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Toyuqlu pizza

Qeyd edək ki, bu yaxınlarda Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Ardınca ikitərəfli danışıqlar bir neçə gün davam edib, nəticədə tərəflər arasında sülh sazişi ilə bağlı bəzi məqamlar üzrə razılıq əldə olunub. 

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan tərəflərinin Moskva görüşünə razılıq verdiyini açıqlamışdı. Lakin görüşün hansı səviyyədə təşkil olunacağı qeyd edilməmişdi. 

Eyni zamanda bu gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Brüsseldən sonra Moskvada da üçtərəfli görüşün olacağını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!