YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Bayramov və Mirzoyan yenidən görüşür: Gələn həftə sülh müqaviləsi imzalanacaq?

Bayramov və Mirzoyan yenidən görüşür: Gələn həftə sülh müqaviləsi imzalanacaq?

Siyasət

30 Sentyabr 2022 10:38 1045


“Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib.

“Biz Cənubi Qafqazda davamlı sülhə nail olmağı hədəfləyirik”, - Hunanyan bildirib. 

Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 19-da Nyu-Yorkda görüşüb. 

Xatırladaq ki, ötən gün bir sıra erməni KİV-ləri oktyabrın 6-da keçirilməsi planlaşdırılan Aİ-nin qeyri-rəsmi sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyini, habelə həmin görüşdə Paşinyanın özü ilə sülh müqaviləsinin ilkin variantını da aparacağını iddia ediblər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!