“Bayraqlarımız Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır”

saytların hazırlanması

Evə çatdırılma

“Bayraqlarımız Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır”

Siyasət

28 Aprel 2023 19:30 873


“Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

Aprelin 24-də Azərbaycan və Türkiyə bayraqlarının Ermənistanın əsas meydanında yandırıldığını qeyd edən dövlətimizin başçısı bildirib: Dördpendirli pizza

“Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!