Bazar günü DİM imtahan keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü DİM imtahan keçirəcək

Sosial

15 Fevral 2024 10:52 367


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.

Yenisabah.az xəbər verir ki, imtahanda 309 iddiaçı iştirak edəcək.

302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. pizza

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın 4-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!