Bazara satışa çıxarılan avtomobillərin sayı kəskin artıb

saytların hazırlanması

Evə çatdırılma

Bazara satışa çıxarılan avtomobillərin sayı kəskin artıb

Avto

26 Mart 2024 06:12 6803


Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb.

S.Qədirovun fikrincə, bazarların dolu olmasının səbəbi alverçilərin bir neçə maşını satışa çıxarmasıdır. Çünki heç də hər kəs xaricdən avtomobil almağa üstünlük vermir. Səbəb isə sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir. Toyuqlu pizza

Elə sürücülər də xaricdən sifariş verilən avtomobillərdə problemlərlə qarşılaşdıqlarını deyirlər.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox avtomobil idxal edilib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!