Bazarda yenə yumurta problemi yaranıb

saytların hazırlanması

Evə çatdırılma

Bazarda yenə yumurta problemi yaranıb

İqtisadiyyat

29 Yanvar 2019 12:34 1159


“Hacıqabul rayonunda yerləşən “Hacıqabul quşçuluq” fabriki yumurta istehsalı həcmini azalda bilər”. Bunu fabrikin anbar rəisi Mikayıl Salahov deyib.

M.Salahovun sözlərinə görə, bu onunla əlaqədardır ki, fabrik bazarda yaranmış rəqabətlə bağlı öz məhsullarının satışında problemlə üzləşir: “Bazara Ukraynadan yumurtaların gətirilməsi ilə əlaqədar yerli məhsulun satışları əhəmiyyətli dərəcədə azalıb. Fabrik gündəlik olaraq bir milyondan çox yumurta istehsal edir. Eyni zamanda, illik həcm 300-320 milyon ədəd təşkil edir. Müəssisə istehsalat həcmini artırmaq gücündədir, amma tez xarab olan məhsul ticarət obyektlərində qaldığı üçün bu məsələ hələlik gündəmdə deyil”.

Anbar rəisi bildirib ki, ötən il müəssisə İraqa kiçik həcmdə yumurta ixrac edib: “Ötən il İraqa yumurta ixracı ilə bağlı təkliflər nəzərdən keçirilib. Hazırda biz qonşu İrana ixraca başlamışıq və böyük ehtimalla tədarük il ərzində həyata keçiriləcək”. pizza sifarişi

Trend.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!