“BDU-da parapsixologiya ixtisasının açılması elm anlayışının üstündən xətt çəkməkdir”

saytların hazırlanması

Evə çatdırılma

“BDU-da parapsixologiya ixtisasının açılması elm anlayışının üstündən xətt çəkməkdir”

Maraqlı

18 Sentyabr 2020 13:54 2570


Bakı Dövlət Universitetində parapsixologiya ixtisası üzrə qəbulun aparılması birmənalı qarşılanmayıb. Dünyanın aparıcı elm mərkəzlərinin parapsixologiyanı elm kimi qəbul etməməsi narazıların arqumentlərini daha da gücləndirib.

Maraqlıdır, parapsixologiyanın ixtisas kimi seçilməsi nə dərəcədə doğrudur?

İlahiyyatçı Elşad Miri məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, elm olan yerdə belə bir addımın atılması mümkünsüzdür: pizza sifarişi

“Həqiqətən, belə bir şeyin olduğuna hələ də inanmaq istəmirəm. Bunun nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək lazımdır. Bəlkə hər hansısa fənnin tərkibində sadəcə şarlatanlıqla bağlı informasiyanın verilməsi düşünülə bilərdi. Amma xüsusi dərs kimi salınması anlaşılan deyil. Siz deyəndə çox ciddi mənada təəccübləndim. Bunların elm dediyi budursa, bəs elm olmayan nədir? Əgər bu gün, həqiqətən, Azərbaycan elmi başqa heç bir işlə məşğul ola bilməyib sırf müəyyən bəyanatlar verməklə məşğul olursa, deməli, elm deyilən anlayış bizdə yoxdur. Əslində, olmadığının mən də şahidiyəm. Çünki bu gün orta məktəbdə təhsil alan övladlarıma, onlara verilən tapşırıqlara baxdıqda təəccüblənirəm. Normalda əgər müəllimlərin orta məktəb şagirdinə hər hansı formada nələrsə təklif etməsi və yaxud söhbətin artıq bazar halına gətirməsinin nəticəsi budursa, buna təəccüblənməməliyəm”.

İlahiyyatçı qeyd edib ki, əgər doğrudan da belə bir şey baş veribsə, BDU-nu da keçmişdəki arxaik sözlər sırasına daxil etməli olacağıq:

“Ekstrasens olmaq üçün bu gün haranısa oxumaq lazım deyil. Çünki onsuz da bu işlə məşğul olanlar onu oxumadan edirlər. Bu gün oxuyanlar həmin o oxumayan ekstrasenslərin yanına gedib milyonlarını “qapdırırlar”. Pullarını onlara bəxşiş edirlər. Yəni bu sahə üzrə təhsil alandan sonra onların qiymətimi qalxacaq? Mənə qadağa qoyulmamışdan əvvəl dəfələrlə onlarla  teleməkanlarda çoxlu debatlarım olub. Açıq-aşkar onların necə “şarlatan” olduqlarını üzlərinə də demişəm. Bəzi efirə verilməyən məqamlarda da guya mənə qarşı nəsə edirdilər. Mən onlara açıqlama verirdim ki, bəs etdiyiniz fırıldaq bu idi. 

Mənim indiyədək feysbukda yazdığım statusdan sadəcə birini açıqlamalarını istəyirdim, amma edə bilmirdilər. İlanla efirə çıxan var idi. Ekranda görünmürdü, ancaq ilanı yapışqan lentlə elə bir formada bağlayırdılar ki, o, sadəcə dilini çıxara bilirdi. Bunların hamsı şou idi və bizim teleməkanı da bəzən başqa cür təqdim edirlər, çünki oradan reklam məqsədilə istifadə olunur. Həmin şəxslər oraya çıxanda pulunu verib çıxırdılar. Bu da cəmiyyətimizə gizlin olan bir məsələ deyil. Bəzən elə olurdu ki, verilişdə istəmədikləri bir format alınanda həmin verilişi kəsib təkrar başqa bir formada, yəni dava salan qonaqlardan birini çıxarmaq şəklində davam etdirirdilər. Bunlar çox olub. Ona görə də bu gün belə bir şeyin elm adı altında təqdim olunması ölkədə elm anlayışının üstündən xətt çəkməkdir. Buna birinci növbədə oradakı insanlar-müəllimlər, tələbələr etiraz eləməlidirlər. Çünki elm demək sadəcə nəyisə kiməsə öyrətməkdən ibarət deyil. Elm demək şərəfli yaşamağı insanlara öyrətmək deməkdir. Bunu edə bilmirsə, əgər müəllim və tələbələri ikiüzlü hala gətirəcəksə və onlar haqsızlıq qarşısında susacaqsa, elmin fatihəsi çoxdan verilib. Bu kimi məsələdə fatihə oxumağın özü də doğru deyil”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!