BDU-nun kafedra müdiri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun kafedra müdiri vəfat etdi

Sosial

14 Fevral 2019 15:16 856


Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəfat edib.

“Yeni Sabah” xəbər verir ki,  filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev dünyasını dəyişib.

O,  10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alıb və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Dominos pizza

1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri (1982-1984) və Filologiya fakültəsinin dekanı (1990-1992) vəzifələrində işləyib. Rus ədəbiyyatı tarixi kafedrasının professoru və müdiri olub. 

1987-ci ildən Yazıçılar Birliyinin üzvü, 1993-cü ildə Ankaradakı Türk Folklor Qurumunun fəxri üzvü, 2003-cü ildə Tbilisi Beynəlxalq Sosial-iqtisadi Akademiyasının həqiqi üzvü və Sankt-Peterburq Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Müxtəlif illərdə Ali Attestasiya Komissiyasının eksperti, AAK-da Humanitar və ictimai şöbənin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ekspert şurasının sədri olub. 18 elmlər namizədi hazırlayıb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!