BDU-nun nizamnamə fondu 50 milyon olacaq - Baş nazir qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun nizamnamə fondu 50 milyon olacaq - Baş nazir qərar verdi

Sosial

19 Aprel 2019 14:47 872


Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri görməsini təmin etməlidir.

Həmçinin qərarla Bakı Dövlət Universitetinin (BDU) nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları da müəyyənləşib. Belə ki, universitetin nizamnamə fondu 50 milyon manat olacaq. Marqarita pizza

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən 12 xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılacaq.

Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!