Şirvanda tələbənin həmyaşıdı tərəfindən qətlə yetirilməsinin səbəbi məlum olub.
18 yaşlı Rauf Rəşad oğlu Fətullayev və onu qətlə yetirən Amil Mahir oğlu Adıgözəlov bir binada yaşayıblar, qonşu olublar. Mübahisə isə Raufun, atasının mağazasında satıcılıq etdiyi zaman, Amil oradan günəbaxan tumu alarkən pul üstündə aralarında yaranmış mübahisəyə görə baş verib.
Mübahisə edən gənclərin ardınca mağazadan çölə çıxan Raufun atası oğlunun sinəsindən bıçaqlandığını görüb. Hadisəni törətmiş Amil Adıgözəlov hadisə yerindən qaçsa da sonradan Şirvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Toyuqlu pizza
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.
virtualaz.org
Telegram kanalımız