Bəd nəzərin təsir etmədiyi 4 bürc –   Mənfi enerjini “udurlar”...

saytların hazırlanması

Evə çatdırılma

Bəd nəzərin təsir etmədiyi 4 bürc – Mənfi enerjini “udurlar”...

Maraqlı

30 İyun 2025 17:04 2908


Xalq arasında yayılmış inanclara görə, bəzi bürclər digərlərinə nisbətən nəzərə qarşı daha dözümlü və qorunan sayılır. Bu inanclar əsasən bürclərin xarakter xüsusiyyətləri ilə əlaqələndirilir.

Yenisabah.az həmin bürcləri təqdim edir:

Məsələn, Oğlaq bürcü soyuqqanlı və emosiyalarını gizlətməyi bacardığı üçün nəzərə az məruz qalır. Buğa sabit və təmkinli təbiəti ilə mənfi enerjini “udaraq” özünü qoruyur. Qız bürcü isə ehtiyatlı və analizçi yanaşması ilə diqqəti üzərinə çəkməkdən yayındığına görə nəzərə qarşı daha dayanıqlı sayılır. pizza hut

Bəzi inanclarda isə Qoç bürcünün nəzərə gəlmədiyi bildirilir. Onların güclü iradəsi, daxili enerjisi və özünəinamı mənfi təsirləri tez dəf etməyə kömək edir. Qoçlar çox zaman öz yolları ilə getdiyindən və başqalarının fikrinə çox da əhəmiyyət vermədiyindən nəzər onlara işləməz deyilir.

Digər tərəfdən, Şir, Balıqlar və Əkizlər kimi emosional və diqqətçəkən bürclərin tez-tez nəzərə gəlməsi də xalq inanclarında yer alır.

Qeyd edək ki, bu fikirlər elmi əsaslara deyil, folklor və xalq müşahidələrinə söykənir. Buna baxmayaraq, bir çox insan gündəlik həyatında bu inancdan çıxış edir.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!