Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həkimlər meymunçiçəyinə 3 yoluxma qeydə alıblar.
Yenisabah.az xəbər verir ki, bu barədə əmirliyin Səhiyyə Nazirliyi məlumat yayıb.
"BƏƏ-də 3 meymuna yoluxma hadisəsi qeydə alınıb. Səhiyyə orqanları araşdırmalar, yoluxmuş şəxslərin təmaslarını yoxlamaq və onların sağlamlıqlarına nəzarət də daxil olmaqla bütün lazımi tədbirləri görür. Bu tədbirlərə yoluxmuş şəxslərin sağalana qədər xəstəxanalarda tam təcrid edilməsi, o cümlədən yaxın təmasda olan şəxslərin ən azı 21 gün müddətində ev karantində saxlanması və onların səhhətlərinin monitorinqi, o cümlədən evdə təcrid rejiminə əməl etmələrinin təmin edilməsi daxildir”. pizza sifarişi
Səhiyyə Nazirliyi BƏƏ sakinlərini xaricə səyahət edərkən, o cümlədən insanların çox olduğu yerlərdə profilaktik tədbirləri unutmamağa çağırıb.
Telegram kanalımız