BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa etdi

Dünya

20 Aprel 2026 18:29 890


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa edib və onun üzvlərini milli birliyi sarsıtmağa yönəlmiş əməliyyatlarda iştirakda şübhəli bilərək saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Gulf News" Əmirliyin "WAM" agentliyinə istinadən məlumat yayıb.

"Araşdırma göstərib ki, qrup dövlət ərazisində mütəşəkkil terror və təxribat əməliyyatları keçirməyi planlaşdırırdı. Səlahiyyətlilər şəbəkənin İranın "Vilayəti-Fəqih" qruplaşması ilə əlaqəli olduğunu bildiriblər", - nəşr qeyd edib. Toyuqlu pizza

Bildirilib ki, qruplaşma üzvləri həm ölkə daxilində, həm də ondan kənarda gizli görüşlər keçirir, gəncləri qadağan olunmuş təşkilatlara cəlb edirdilər. Bundan əlavə, həmin təşkilatlara vəsait köçürülüb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!