Bəhram Bağırzadə metroda imza günü keçirdi

Bəhram Bağırzadə metroda imza günü keçirdi

Yazar

09 Noyabr 2021 09:48 2381


Metroda 8 Noyabr - Zəfər Günü və Bakı Metropoliteni İşçilərinin Peşə Bayramına həsr olunan tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Bəhram Bağırzadə bu dəfə də Bakı metropolitenində azyaşlı sərnişinlərin görüşünə gəlib.

“Bakı Metropoliteni” QSC “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadənin müəllif kimi qələmə aldığı və yeni nəslin maariflənməsində, ölkəmiz haqqında zəngin məlumatlar əldə etməsində xüsusi rol oynayan “Azərbaycan Silahlı Qüvvələri” adlı kitabının imza gününü keçirib.

Bu dəfə Əməkdar artist “8 Noyabr” stansiyası, eləcə də metropolitenin Bənövşəyi xətti üzrə stansiya və qatarlarda uşaqlarla görüşərək söhbət edib və kitabını imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!