Bəhram Bağırzadə vəfat edən məşqçidən yazdı: “Onun parlayan gözlərini xatırlayıram”   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə vəfat edən məşqçidən yazdı: “Onun parlayan gözlərini xatırlayıram” - FOTOLAR

Mədəniyyət

27 Yanvar 2026 18:36 896


"70-ci illərin sonlarında atam - milis mayoru - evə qeyri-adi dərəcədə sevincli qayıtmışdı və mən, uşaq olduğum üçün, onun parlayan gözlərini xatırlayıram. O danışdı ki, “Dinamo” cəmiyyətində Alik adlı bir karate müəllimi peyda olub. O, sovet milisionerlərinə mövcudluğundan belə xəbərsiz olduqları ekzotik fəndlər göstərirmiş. Atam üçün isə bu, əsl möcüzə idi - həqiqi Usta ilə görüş".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib. 

"İllər keçdi və mən anladım ki, həmin “Alik” kim imiş. Bu, böyük hərflə yazılan Müəllim idi — Avropa və dünya çempionlarını yetişdirən, bütöv bir Azərbaycan karate məktəbinin əsasını qoyan əfsanəvi sensey Mirəli Seyidov. O, təkcə fəndləri öyrətmirdi, ruhu, xarakteri, iradəni tərbiyə edirdi. pizza sifarişi

Bu gün onu son mənzilə yola saldım. Biz bir epoxa ilə vidalaşdıq. Allah Müəllimə rəhmət eləsin…

P.S. Keçən il Tonino Querranın ev-muzeyində olmaq mənə qismət oldu və onun həyat yoldaşı, Yabloçkina Lora xanım, böyük bəstəkar Nino Rotanın dəfnində cəmi üç nəfərin olduğunu danışdı: Tonino Querra, Federiko Fellini və onun həyat yoldaşı Culyetta Mazina. Bu, seçilmişlərin çevrəsi, əbədi sədaqət və sevgi dairəsi idi. Bu gün böyük senseylə vidalaşarkən nədənsə bu hekayəni xatırladım…" - B.Bağırzadə yazıb. 

Qeyd edək ki, Əməkdar idman ustası və əməkdar məşqçi Mirəli Seyidov 69 yaşında vəfat edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!