Bəhram Bağırzadədən sosial şəbəkədə təsirli paylaşım - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadədən sosial şəbəkədə təsirli paylaşım - Foto

Mədəniyyət

18 İyul 2020 16:50 1491


Koronavirusdan müalicə alan və yenicə ECMO cihazından ayrılan Əməkdar artist Bəhram Bağırzadə “Instagram”da maraqlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, aktyor uşaqlıq şəklini paylaşaraq, təsirli şərh yazıb:

“İnşallah! 4 sentyabrda doğum günümdür. İndi biri də əlavə olundu – 2 iyul. Allahu-əkbər! Dua edən hər kəsə təşəkkürlər! Davamı olacaq...”. Dördpendirli pizza

Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb və ECMO cihazına qoşulub. İyulun 1-də isə Bəhram Bağırzadə ECMO cihazından ayrılıb. 

Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!