Bəhram Bağırzadənin “ölüm“ xəbəri haqda açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadənin “ölüm“ xəbəri haqda açıqlama 

Mədəniyyət

17 İyun 2020 08:29 5627


Əməkdar artist Cabir İmanov  "Bakılı oğlanlar” komandasının üzvü, aktyor Bəhram Bağırzadə haqqında yayılan ölüm xəbərini təkzib edib.  

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən aktyor B.Bağırzadənin sağ olduğunu bildirərək  yayılan informasiyalara inanmamağı məsləhət görüb:

“Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı bloggerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin". pizza sifarişi

Qeyd edək ki, ağciyərləri zədələnən Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!