“Bəhram hələ danışa bilmir“ - Həyat yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Bəhram hələ danışa bilmir“ - Həyat yoldaşı

Mədəniyyət

09 İyul 2020 20:11 1158


“Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur".

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

Ş.Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməyi ilə bir qədər oturub: Dördpendirli pizza

"Lakin hələ də aparata qoşulu olduğu üçün danışa bilmir".

O, B.Bağırzadənin nə zaman renimasiyadan palataya köçürüləcəyini bilmədiyini vurğulayıb:

"Bu barədə həkimlər heç bir proqnoz vermirlər. Sadəcə gözləmək lazımdır. Əsas odur ki, Bəhramın səhhətində irəliləyiş var, yaxşıdır, inşallah, daha da yaxşı olacağını gözləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!