Bəhrəmtəpə-Biləsuvar yolu yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Bəhrəmtəpə-Biləsuvar yolu yenidən qurulur

Avto

27 İyun 2019 10:28 1724


Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpəı-Biləsuvar avtomobil yolunun bərpası layihəsinə start verilib.

“Yeni Sabah” xəbər verir ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar Avtomobil yolunu uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənir, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur. pizza mizza

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunacaq. Bunun ardınca isə ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1.8-ci km-də Qızıl arx kanalı, 3.1-ci km-də Əzizbəyov kanalı və 38.8-ci km-də inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var. Bu üzdən müxtəlif diametrlərə malik 256 borunun inşası nəzərdə tutulur ki, bunlardan 14-ü düzbucaqlı su keçidləridir. Artıq bir-neçə əarzidə suötürücü boruların inşası işlərinə də başlanılıb.

Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 28 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!