Ölkənin yenilənmiş hərbi doktrinası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və İttifaq Dövləti (İD) üzrə müttəfiqlərinə qarşı silahlı təcavüz halında Minskin hərəkətlərini müəyyən edir.
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.
Onun sözlərinə görə, sənəddə KTMT və İttifaq Dövlətindəki müttəfiqlərinə qarşı silahlı təcavüz zamanı Belarusun hərəkətlərinin hüquqi əsasını təşkil edən ayrıca fəsil yaranıb. pizza
Xrenin qeyd edib ki, yenilənmiş doktrinada Belarusun beynəlxalq təhlükəsizlik təşkilatlarının himayəsi altında sülhməramlı fəaliyyətlərdə iştirakının mümkünlüyü də öz əksini tapıb.
Belarusun yeni hərbi doktrinasının layihəsinə ölkənin Təhlükəsizlik Şurasının yanvarın 16-da keçirilən iclasında baxılıb.
Telegram kanalımız