Belarus XİN başçısı Ceyhun Bayramova təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Belarus XİN başçısı Ceyhun Bayramova təşəkkür etdi

Siyasət

17 Dekabr 2021 11:49 619


17 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub. 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Yenisabah.az-a verilən xəbərə görə, tərəflər, Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. pizza sifarişi

Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!