Belçika millisinin hücumçusu Romelu Lukaku Belçika mətbuatına açıqlama verib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, o açıqlamasında özünü Belçika tarixinin ən yaxşı hücumçusu olaraq gördüyünü söyləyib:
“İnsanlar hərdən soruşurlar ki, özümü Belçika futbol tarixinin ən yaxşı 3 hücumçusundan biri hesab edirəm? Mənim cavabım isə bəlidir. Bəli, bəli, bəli. Hətta deyərdim ki, Belçika tarixinin ən yaxşı hücumçusu mənəm. Digərlərindən kilometrələrcə öndəyəm. Bunu sizə mən deyirəm”. Toyuqlu pizza
Qeyd edək ki, futbolçu 79 oyuna çıxıb və 45 qol vurub.
Telegram kanalımız