Belçikadan Almatı görüşü ilə bağlı REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Belçikadan Almatı görüşü ilə bağlı REAKSİYA

Siyasət

14 May 2024 01:08 674


Belçika mayın 10-11-də Azərbaycan və Ermənstan arasında danışıqların yeni raundunu alqışlayıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq üzrə Federal Dövlət Xidmətinin bəyanatında bildirilib.

“Belçika mayın 10-11-də Ermənistan və Azərbaycan arasında danışıqların yeni raundunu, 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsinə dair son razılaşma, habelə sülh sazişi üçün müzakirələri davam etdirmək səylərini alqışlayır”, – xarici siyasət idarəsi qeyd edib. pizza sifarişi

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!