“Dünən Accessbank”ın bankın şərlədiyi sahibkarın cinayət prosesi üzrə məhkəmə iclası idi. Hakim də, prokuror da, bankın nümayəndəsi də olmayan şeylər üzrə üzümüzə dururlar ki, elə yox, belə demişdiz danışanda”.
“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, buna görə də vəsatət verib ki, iclasların audioyazısı aparılsın. Bunu həmçinin onunla əsaslandırıb ki, Prezident məhkəmə iclaslarının audioyazısının aparılması haqda Fərman da imzalayıb, yaxında onsuz da belə olacaq.
“Prokuror məsələni məhkəmənin mülahizəsinə buraxdı. Amma bankın nümayəndəsi etiraz etdi. Hakim də vəsatətimi təmin etmədi ki, iclaslarda bank sirri olan məlumatlar ola bilər. Soruşdum ki, məgər Prezidentin Fərmanı icra olunandan sonra (yəni bütün iclasların audioyazısı aparılmağa başlayanda) ölkədə bank sirri ləğv ediləcək?! pizza sifarişi
Maraqlısı budur ki, digər vəsatətlərimə də bankın nümayəndəsi etiraz edərkən yeganə arqumenti bank sirri idi. Hətta saytlarında yerləşdirməli olduqları, amma yerləşdirmədikləri məlumatları da bank sirri kimi təqdim edirdi.
Ən əsası isə budur ki, bank sirri müştəriyə aid olan məlumatdır, banka yox! Banklarımız nə gündədir ki, hətta məhkəməyə göndərdikləri nümayəndələri də adi şeyləri bilmirlər. Beləsi Prezidentlə də razılaşmaz, sağlam məntiqlə də! Ölkənin ən ciddi problemi kadr məsələsidir!”.
Telegram kanalımız