“Belə bayramlar daha təhlükəlidir, nəinki...” –   Hellouin qadağan olunsun?

saytların hazırlanması

Evə çatdırılma

“Belə bayramlar daha təhlükəlidir, nəinki...” – Hellouin qadağan olunsun?

Mədəniyyət

05 Noyabr 2019 10:46 2220


Dünyanın bir çox ölkəsində oktyabrın 31-də Hellouin (Halloween) qeyd edilir. Həmin gün gənclər və uşaqlar qorxulu kostyum geyinir, qapı-qapı gəzərək şirniyyat yığırlar.

Azərbaycanda isə "Halloween" mübahisəli bayram sayılır. Bir çoxları, bu bayramın bizə yad olduğunu əsas gətirərək onun belə təmtəraqla qeyd olunmasına etiraz edirlər. 

Bəs görək bu bayram Azərbaycana lazımdırmı? Çünki həmin bayramın Azərbaycan üçün yad və təhlükəli olduğunu hesab edənlər də var. Pepperoni pizza

Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Sabah”a açıqlamasında  bu bayramın keçirilməsində təhlükə olmadığını bildirib:

“Açığı, mən bu bayramın bir ziyanını görmürəm. Çünki bu bayram tipik ideoloji bayram deyil, gənclərin əylənməsi üçün keçirilir. Gənclər əyləncəyə üstünlük verirlər. Vaxtilə Sovet dövründə də müxtəlif bayramlar qeyd olunub, amma onlar yaddaşlarda çox oturmadı. Bu gün kimsə 1 may, 7 noyabrı (“Böyük Oktyabr İnqilabı” – Red.) və ya 23 fevralı qeyd etmir. Bu tip bayramlar müasir dövrdə dünyada qeyd olunan bayramlardır, heç mənası da yoxdur, amma hər halda insanlar qeyd edirlərsə, gənclər də  bunu sosiallaşmaq baxımından vacib sayırsa, bunun elə bir təhlükəsini görmürəm. 

Əsas təhlükəli olan ideoloji bayramları keçirməkdir. Belə bayramlar daha təhlükəlidir, nəinki Hellouin kimi əyləncəli bir bayram. Mentalitet haqqında hansısa qanun yoxdur ki, bu bayramın keçirilməsinə də qadağa qoyulsun. Tanqo da Azərbaycan mentalitetinə uyğun deyil, kimsə tanqo oynayırsa və ya gimnastika ilə məşğul olursa, onlara bunu qadağan edək? Ona görə də  mentaliet adı ilə bunun qarşısını almaq doğru deyil”.

İlahiyyatçı Elşad Miri İslamın prinsiplərinə zidd olan hər hansı bayramın keçirilməsinin əleyhinə olduğunu vurğulayıb:

“Mən həmişə bir əsası götürürəm: qeyd edilən hər hansısa bir tədbirdə və ya bayramda İslamın prinsiplərinə zidd bir məsələ yoxdursa, insanlar da bunu qeyd etmək istəyirsə, niyə kimsə buna “yox” desin? Biz bu gün Azərbaycanda Hellouinin keçirilməsinə “yox” desək də, digər ölkələrə necə “yox” deyəcəyik? Ona görə də məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. 

Sabah Azərbaycan güclü bir dövlət olsa, zəif dövlətlər Novruz bayramının keçirilməsini istəyəcəklər, onda belə bir məsələ gündəmə gəlsə, necə reaksiya verəcəklər? Çalışmaq lazımdır ki, keçirilən hər bir bayramda insanların  faydalana biləcəyi məsələlər olsun, İslamın haram buyurduğu qaydalar olmasın. Məsələn, İslamdakı əsas iki bayramda ortaq özəllik var: yardımlaşmaq. Bu bayramarda məqsəd insanların bir-birini qorxutması deyil, yardımlaşmaq anlayışıdır. Bu bayramlarda insanlar qurban kəsirlər, özünə az saxlayaraq daha çoxunu ətrafındakı insanlarla paylaşırlar. Ramazan bayramından öncə fitrət çıxararaq, digər insanların da bu bayramı keçirməsini təmin edirlər. Əgər belə yanaşma olarsa, nə gözəl. Yoxdursa da, heç kəs buna haram deyə bilməz, və ya “keçirmə” deyə əmr verə bilməz. 

İlahiyyatçı nə vaxtsa Hallouinin rəsmi şəkildə qeyd oluna biləcəyinin də mümkün olduğunu deyib:

“Əvvəllər  Ramazan və Qurban bayramı Azərbaycanda rəsmi şəkildə qeyd olunmurdu. Vaxt keçdi, elə bir dövr gəldi ki, bu bayram rəsmi şəkildə qeyd olunmağa başladı. Və ya bir zamanlar Azərbaycanda Novruz bayramı qadağan olunmuşdu və qeyd edilmirdi, amma bu gün keçirilir. Yəni bu, zamanın gedişatından, insanların tələbatından asılı olan məsələdir. Bunu yalnız zaman göstərə bilər. İndi kiminsə buna “olar” və ya “olmaz” deməsi doğru olmaz” 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!