Belə bir məktəbin şagirdi olimpiada qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

Belə bir məktəbin şagirdi olimpiada qalibi oldu

Rəsmi

28 May 2019 16:50 1570


Bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov Neftçala rayon Xıllı qəsəbə 1 saylı orta məktəbin şəklini paylaşmışdı.

“Yeni Sabah” xatırladır ki, xarabalığı xatırladan həmin məktəbin durumu eyni vəziyyətdə qalr. Amma məktəb şagirdi ilə bağlı xoş xəbər var.

K. Əsədov bildirib ki, özünün də məzunu olduğu həmi qəza vəziyyətində olan məktəbin şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu Fizika fənni üzrə respublika fənn olimpiadasının qalibi olub və Qızıl medal qazanıb. 

“Bu məktəbimizin fizika müəllimi Seyran məllim ilk uğuru deyil. O,indiyə qədər yüzlərlə respublika, onlarla dünya olimpiadasının qalibini yetişdirib. Özü də əməkdar müəllimdir və hətta keçən ilin dekabrında müəllimlər arasında keçirilən fənn olimpiadasının da qalibi olmuşdu.  pizza

Amma o məktəb hələ də qəzalı vəziyyətdədir” – deyə K. Əsədov qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!