“Belə davam edərsə, pandemiyanın sonu çata bilər...” - Professor

saytların hazırlanması

Evə çatdırılma

“Belə davam edərsə, pandemiyanın sonu çata bilər...” - Professor

Sağlamlıq

21 May 2021 19:07 2346


Pandemiyanın gedişində bu gün əsas nəzərə çarpan məsələ xəstəliyin səngiməsidir. Xəstəliyə yoluxma hallarında dalğanın enişi müşahidə edilir.

Yenisabah.az xəbər verir ki, bunu professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yoluxma azalsa da, insanlar biz heç də arxayınlaşmamalıdır: "Çünki yeni situasiya yarana bilir, yeni mutasiya keçirmiş ştammlar peyda olur. Britaniya və Cənubi Afrika ştamları yayılan zaman təhlükənin şahidi olduq. Hazırda Hindistan ştammı ilə bağlı böyük narahatlıq var. Bununla bağlı qətiyyən ehtiyatı əldən verməməliyik". Marqarita pizza

Adil Qeybulla bildirib ki, yaxın zamanda karantin rejimində epidemioloji vəziyyətə uyğun olaraq qadağalar yavaş-yavaş aradan qaldırılacaq: "Açıq havada maska taxmaq qadağası qaldırıla, toyların təşkilinə icazə verilə bilər. 100-150 nəfərdən ibarət, məsafə gözləməklə insanların tədbirələrə yığışması mümkündür.

Lakin hələ bilmirik ki, hansı vəziyyətlə üz-üzəyik. Vəziyyət bu şəkildə davam edəcəksə, Hindistandan yayılmasa, pandemiyanın sonuna çata bilərik. Hazırda əsas məsələ vaksin vurdurmaq, xəstəliyə qarşı immunitet formalaşdırmaqdır"./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!