“Belə hal bizi daha pis vəziyyətə qoya bilərdi”

saytların hazırlanması

Evə çatdırılma

“Belə hal bizi daha pis vəziyyətə qoya bilərdi”

İdman

03 Fevral 2019 02:44 1011


"Belə oyun haqda danışmağa çox söz olmur. 3 elə səhv etdik ki, özüm də təhlil edirəm". 

Bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdur. Azərbaycan Premyer Liqasının XV turunda "Səbail"i qəbul edən bakılılar meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Rəqibə hədiyyə etdik. Mənim üçün də gözlənilməz oldu. Slavik Alxasov və Nikola Mitroviçin olmaması meydanda özünü göstərdi. Çalışacağıq oyunumuzu düzəldək. Hazırlıq prosesindəki komandadan bu gün əsər-əlamət yox idi. Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdı. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiniz”. Dördpendirli pizza

- Bu gün Kamran Ağayevə nə olmuşdu?

- Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldı. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.

- "Zirə"nin uduzması sizə psixoloji cəhətdən təsir etdimi?

- Futbolçularıma qadağa qoymuşam ki, heç kimin oyunu ilə maraqlanmasınlar. Bizi yalnız öz matçımız maraqlandırır.

Matc.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!