“Belə primitiv izaha görə xəcalət çəkilməlidir” – Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Belə primitiv izaha görə xəcalət çəkilməlidir” – Rəsul Quliyev

Siyasət

07 Oktyabr 2021 14:46 4507


“Azərbaycanda bir sıra mənim əleyhimə işləyən insanlar var və bu adamlar mənim Laf TV-yə verdiyim intervyumu ya anlamırlar (bu ən pis variantdır ) ya da qərəzçiliklə bir saatlıq intervyudan maksimum 1-2 dəqiqəlik bəzi cümlələri qoparıb çıxarır və düzgün olmayan nəticələr çıxarıb sadə xalqı çaşdırmaq istəyirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, fikrini belə davam etdirib:

“Mən o çıxışımda əsasən Azərbaycanın imperiya yaradan çox qədim bir dövlət olduğunu, Ermənistanın həmişə ona tabe olduğunu və 1800-cü illərdən Rusiya imperiyasının İranla müharibəsi nəticəsində əvvəl Gürcüstanın və onun ardınca 1812-ci ildən Azərbaycanın bir hissəsinin (İranın tərkibində olan) işğal edilməsinin baş verdiyini izah etmişəm.  Toyuqlu pizza

Bu çox sadə tarixi faktdır və bunu başqa cür anlamaq mümkün deyildir. 1812-ci ildə Rusiya İranla müharibə edirdi. Bu çox sadə tarixi faktdır. Mənim o müsahibədəki məntiqi izahımın məqsədi Xomeneyi İranının bizim üçün necə təhlükəli bir ölkə olduğunu və onun qarşısının alınmasının necə vacibliyini izah etmək olub. 

Fars dilinə ola bilər bizim "vətənpərvərlərin" dediklərini tərcümə ediblər. Bu müsahibəyə görə İran molla rejimi məni qatı düşmən elan edib (o müsahibədən bu nəticəni çıxarmaq olar) və mənə qarşı Azərbaycandakı qüvvələrini və bilməyərəkdən onlara işləyin səbatsızları işə salıblar. Mənim o müsahibədə dediklərimin belə primitiv izahına görə xəcalət çəkilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!