“Belə qərar bizdə niyə olmasın?” - Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Belə qərar bizdə niyə olmasın?” - Millət vəkili

Siyasət

11 Fevral 2019 12:57 1008


“Türkiyədə kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsinin bircə hədəfi var: toplumu oxumağa, kitab və tərcümə nəşrlərini genişləndirməyə həvəsləndirmək”. 

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Türkiyədə kitab və jurnalların ƏDV-dən azad olunmasına münasibət bildirərkən deyib. O, bildirib ki, Azərbaycanda da tərəddüdsüz olaraq bu addım atılmalıdır: “Bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam, indi də faydalı nümunə yarandığına görə təkrar mövzunu gündəmə gətirəcəyəm. Fikrimcə, dövlət siqaretdən, spirtli içkidən istədiyi qədər gəlir götürə bilər, çünki hər ikisi zərərli, faydasız və xəstəlik mənbəyidir. Canının dəyərini bilməyənlər bəlkə pulunun dəyərini anlayıb bu məhsullara boğazlarından kəsib vəsait xərcləməsinlər. 

Ancaq dünyada ən az mütailəsi olan toplumlardan biri olduğumuza görə kitab və jurnallara əlavə dəyər vergisi şamil olunmamalıdır. Nəşriyyatlarımızı gücləndirmək, tərcümə sektorunda sağlam rəqabət yaratmaq lazımdır ki, dünyadakı tərəqqini anında izləməmiz mümkün olsun. Son vaxtlar Bakıda yaxşı dizayn olunmuş kitab mağazalarının açılması bizləri sevindirməyə bilməz, ancaq Azərbaycanın Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba digər böyük şəhərlərində hələ də beynəlxalq standartlara uyğun kitab mağazaları yoxdur. Kitabxanalarımızın da durumu ürəkaçan deyil. Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş, mütailəyə vərdiş hərəkatını başlada bilər. Bu qərar Türkiyənin gələcəyi üçün olduqca müsbət nəticələr vəd edir, bizdə nədən olmasın? Bizi gələcək düşündürmürmü?”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!