Bərdə sakininin qulağını kəsiblər?

saytların hazırlanması

Evə çatdırılma

Bərdə sakininin qulağını kəsiblər?

Kriminal

08 İyun 2024 17:03 643


Bərdə rayonunda bazarda satıcı işləyən şəxsin ölümcül döyülməsi, qulağının kəsilməsi ilə bağlı şikayətin polisdə araşdırmadığına dair sosial mediada iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflər arasında bazarda yer üstündə mübahisə olub, biri digərini yumruqla vurması nəticəsində o qulağından xəsarət alıb:

"Şəxsin qulağının hansısa kəsici alətlə kəsilməsi faktı yoxdur. Bununla bağlı rayon polis şöbəsinə daxil olan şikayət üzrə təhqiqat araşdırması aparılır, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb. Araşdırmanın nəticəsindən, xəsarətin dərəcəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Sezar pizza

Şikayətçinin müraciətinə baxılmadığına dair iddiaları şəxsi mülahizələrdir, polis tərəfindən zəruri tədbirlər görülüb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!