Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib.
“Yeni Sabah” xəbər verir ki, məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçirilib. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının yüksək ixtisaslı həkimləri Bərdə Müalicə Diaqnostika Mərkəzində məcburi köçkünləri müayinə edib, onların sağlamlıq vəziyyətini yoxlayıblar. Həkim briqadasının tərkibində cərrah, nevropatoloq, pediatr, oftalmoloq, nefroloq, kardioloq, travmatoloq və digər ixtisaslar üzrə ali dərəcəli 20-yə yaxın həkim olub. Müayinələr ödənişsiz əsaslarla aparılıb. Pasiyentlərə zəruri həkim məsləhəti verilib, diaqnoz qoyulub. Onlardan bəzilərinə daha dərin müayinə və ixtisaslı müalicə üçün Bakıya göndəriş verilib.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər şəhər və rayonlarda da bu cür tibbi aksiyalar keçirilməsi nəzərdə tutulub. Sezar pizza
Telegram kanalımız