Bərdədə meşə yanır

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə meşə yanır

Kriminal

26 Avqust 2019 15:27 1207


Bərdə rayonunda meşə massivində yanğın başlayıb.

"Yeni Sabah" bildirir ki, bu barədə Trend-ə Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəxtiyar Abdiyev məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Cumalar kəndi ərazisindəki Cumalar meşəsində baş verib. pizza sifarişi

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib:

"Yanğının bir hissəsi söndürülüb. Ərazi meşə fonduna aiddir, bələdiyyə ərazisi deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!