Bərdədəki uşaqlar valideynlərinə verildi

saytların hazırlanması

Evə çatdırılma

Bərdədəki uşaqlar valideynlərinə verildi

Rəsmi

23 İyul 2019 17:59 1579


İyulun 22-də Tərtər rayonunun Şıxlar kənd sakinləri Allahverdi Muradovun və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum nəvələri - 2011-ci il təvəllüdlü İlkin Quliyevi (ad-soyad şərtidir) və altı aylıq körpə Rza Quliyevi (ad-soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə Rayon Uşaq Xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb, istintaqının aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.

“Yeni Sabah” xəbər verir ki, Bərdə Rayon Prokurorluğunun  məlumatında bildirilir ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilib. Hər iki uşaq ataları Sərxan Kərimova təhvil verilib. pizza mizza

Hazırda uşaqların səhhəti normaldır.

Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!