Bərdəyə raketin düşmə anı   - Yeni video

saytların hazırlanması

Evə çatdırılma

Bərdəyə raketin düşmə anı - Yeni video

Hadisə

28 Oktyabr 2020 23:20 2722


İşğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, video Bərdə şəhərində yerləşən obyektlərdən birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan videoda Bərdə şəhərinə Ermənistanın endirdiyi zərbə zamanı insanların yaşadığı təşviş və dəhşəti görmək, silsilə partlayış səslərini eşitmək olar. pizza hut

2020-ci il oktyabrın 28-də saat 13.00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!