Beren Saatdan AKP iqtidarına tənqidi eyham: “Narahatlığımızı dilə gətirdikdə...“

saytların hazırlanması

Evə çatdırılma

Beren Saatdan AKP iqtidarına tənqidi eyham: “Narahatlığımızı dilə gətirdikdə...“

Xalqın səsi

31 Mart 2022 17:16 865


Ankarada keçirilən “ECO KLİM” İqtisadiyyat və İqlim Dəyişikliyi  Sərgisində aktrisa Beren Saat və Kənan Doğulunun çıxışları gecəyə damğasını vurub.

Yenisabah.az xəbər verir ki, AKP üzvlərinin də olduğu gecədə Beren Saat qadın hüquqları, musiqiyə qoyulan qadağa və tələbələrin vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib:

"Tələbəlik illərində hicablarının üstünə parik taxmaq məcburiyyətində olan qrup yoldaşlarım var idi və illər keçdikcə təhsildə bərabərliyin təmin edilməsi hamımızı çox sevindirdi. Amma sonra "Qadın paltarı siyasətdə alət kimi istifadə olunur", “Təhsil sistemimiz geriləyir”, “Qadınlar sistematik olaraq hüquqlarını itirirlər” deyib narahatlığımızı dilə gətirdikdə “Körpülərə, yollara baxın, necə yaxşı fəaliyyət göstərir” cavabını aldıq. pizza

Tələbələr qarınları doymamış dərslərinə daxil olurlar. Türkiyə texnologiya və informatika sahəsində dünyadan geri qalır və hər il yüzlərlə qadının yaşamaq hüququ qətllərlə əlindən alınır”.

Beren Saatın həyat yoldaşı müğənni Kenan Doğulu da gecədə tənqidi fikirlər səsləndirib.

Sosial şəbəkə izləyicilərin çoxu bu sözləri Prezident Ərdoğanın siyasətinə ünvanlanmış təpki kimi yozub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!