Berlin rublla ödənişdən imtina edir

saytların hazırlanması

Evə çatdırılma

Berlin rublla ödənişdən imtina edir

Dünya

01 May 2022 10:47 395


Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, Berlin Moskvanın tələblərinə əməl etmək niyyətində deyil və Rusiyadan qaz tədarükü üçün ödənişi rublla etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Alman nazirin sözlərinə görə, ölkəsi gələcəkdə də qaz üçün ödənişi rublla etməyi planlaşdırmır. O, həmçinin vurğulayıb ki, Almaniya hakimiyyəti Rusiyadan asılılıqdan mümkün qədər tez xilas olmaq üçün enerji təchizatı məsələlərində tədbirlər görür. Pepperoni pizza

Kristian Lindner Berlinin daha öncə də rublla ödəniş etmək istəməməsi barədə fikir bildirib: "Müqavilələr dollar və avroya əsaslanıb, bu səbəbdən şirkətlər dollar və avro ilə ödəniş etməlidirlər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!