Bərzani Tehrana barmaq silkələdi

saytların hazırlanması

Evə çatdırılma

Bərzani Tehrana barmaq silkələdi

Dünya

16 Yanvar 2024 17:15 457


“Səbrimizin bir həddi var. Son hücumda dünən gecə Ərbildə günahsız bir ailəni qətlə yetirdilər, bunu şiddətlə qınayırıq”.

Yenisabah.az “Rudaw”a istinadla xəbər verir ki, bu sözləri İraq Kürdüstanı Regional Hökumətinin sabiq başçısı Məsud Bərzani deyib.

“Şübhə yoxdur ki, bu hücum nə cəsarətdir, nə də şücaətdir. Bu hücum onu törədənlər üçün böyük bir rüsvayçılıqdır. Hücum edənlər bu zülmü sonsuza qədər davam etdirə bilməz, biz də bu zülmə və haqsızlığa səssiz qala bilmərik. Pepperoni pizza

İranın raket və dron hücumlarını törədənlərə mesajım budur: qadınlarımızın, uşaqlarımızın və mülki vətəndaşlarımızın öldürülməsi sizin üçün iftixar deyil. Bizi öldürə bilər, amma əmin olun ki, iradəmizi qıra bilməyəcəklər. Kürd xalqı Allaha və mübarizəsinin qanuniliyinə güvənir. Allah hər cür zalımdan və gücdən üstündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!