Bəs, manatla olan kreditlər necə olacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bəs, manatla olan kreditlər necə olacaq? - Açıqlama

İqtisadiyyat

01 Mart 2019 00:08 3708


Xəbər verdiyimiz kimi, bu gün president problemli kresitlərlə bağlı sərəncam verib. Problemli kreditlər daha çox dollarla olduğu üçün əksəriyyət bu qərarın yalnız bu tip borclara aid olduğünü düşünür və sual çıxır ki, bəs manatla olan problemli kreditlərin taleyi necə olacaq?  Toyuqlu pizza

Bu haqda fərmanı “Yeni Sabah”a şərh edən bank məsələləri üzrə ekspert Zamiq Şükürov bildirib ki, manatla problemli krediti olan vətəndaşlar da yeni fərmandan faydalancaq. Belə ki, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı dövlət başçısı tərəfindən bu gün imzalanmış əlavə tədbirlər haqqında fərman tək dollar krediti olan şəxslərə deyil, manatla problemli krediti olan vətəndaşlara da şamil ediləcək. 1 ildən artıq vaxtı keçmiş 17 000 manata qədər olan kreditlərin həlli yeni ödəniş forması əsasında həyata keçiriləcək: “Fərmanın bu hissəsi təqribən 450 mindən artıq vətəndaşa aid ediləcək. Fərmanda əsas diqqət çəkən məqamlardan biri gecikmiş kreditlər üzrə bu günə kimi hesablanmış və ödənilməmiş faizlər, cərimə və ya dəbbə pullarının silinməsi ilə bağlı bənddir. Əgər vətəndaşın 17 000 manata qədər 1 ildən artıq ödənilməyən bank öhdəliyi varsa, bu zaman banklar həmin şəxslərə mövcud öhdəliyi illik 1% olmaqla, 5 il ərzində ödəmək imkanı verəcəklər. Fərmandan irəli gələrək vətəndaşlara kreditlərin ödənilməsi üçün  Toyuqlu pizza 1 il güzəşt müddəti veriləcək”.

  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!