“Beşiktaş“dan ayrılan Vaqner Lav “Korintians“a qayıtdı

“Beşiktaş“dan ayrılan Vaqner Lav “Korintians“a qayıtdı

İdman Veb saytların hazırlanması

26 Yanvar 2019 15:52 1047


Türkiyənin "Beşiktaş" klubundan ayrılan futbolçu Vaqner Lav Braziliya "Korintians"ına keçib. 

Belə ki, 34 yaşlı hücumçu havayı əldə olunub.

Onunla 2020-ci ilin sonunadək müqavilə bağlanılıb. Lav 2015-ci ildə də "Korintians"da çıxış edib. Onun Rusiya MOİK-inin heyətində debütü 2004-сü il avqustun 4-də Moskvada "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunun 46-cı dəqiqəsində meydana çıxmış "sambaçı" 72-ci dəqiqədə fərqlənərək komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. 

Qeyd edək ki, Vaqner Lav "Beşiktaş"a 2018-ci ilin yanvarında 3 milyon avroya "Alanyaspor"dan transfer olub. O, İstanbul komandasının heyətində 29 oyuna 11 qol vurub. Braziliya millisində də 20 matçda iştirak etmiş Lav 4 dəfə fərqlənib. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!