"Beşiktaş" klubunun 23 yaşlı yarımmüdafiəçisi Doruxan Toköz karyerasını İtaliyada davam etdirə bilər.
"Yeni Sabah" xəbər verir ki, futbolçu "Cenoa" kıubunun maraq dairəsindədir. Forvardın meneceri İtaliya mətbuatına açıqlamasında xəbərlərin doğru olduğunu təsdiqləyib:
"Bu iddiaları inkar etmirəm. Çünki "Beşiktaş"la "Cenoa" arasında qeyri-rəsmi bir görüş olub. "Cenoa" futbolçuyla maraqlandığını bildirdi və klublar arasında birdəfəlik keçid barədə danışıldı". pizza sifarişi
Menecer açıqlamasında deyib ki, "ağ-qaralar" transferin gerçəkləşməsi üçün "Cenoa" klubundan 20 milyon avro istəyib.
Qeyd edək ki, ötən ildən "Beşiktaş" klubunun şərəfini qoruyan Türkiyə millisinin üzvü bu mövsüm Superliqada 14 oyuna çıxıb və 3 qol vurub.
Naibə Məmmədova
Telegram kanalımız