“Beşiktaş“ın futbolçusu “Roma“ya keçir

saytların hazırlanması

Evə çatdırılma

“Beşiktaş“ın futbolçusu “Roma“ya keçir

İdman

30 Yanvar 2019 19:00 1015


AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida karyerasını İtaliyanın “Roma” komandasında davam etdirməyə yaxındır.

Paytaxt təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi üçün Türkiyənin “Beşiktaş” klubuna 7,5 milyon avro ödəyəcək. Keçidlə bağlı danışıqların yenunlaşmaq üzrə olduğu, Vidanın icarəyə götürülməsinin də mümkünlüyü vurğulanır.

Vida "Beşiktaş"a 2017-ci ilin dekabrında Ukraynanın “Dinamo” (Kiyev) klubundan transfer olunub. O, Xorvatiya yığmasının heyətində 2018-ci il dünya çempionatında gümüş medal qazanıb. Dominos pizza

Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə martın 21-də Zaqrebdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!