Bəxtiyar Hacıyev Blinkenin müavini ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyev Blinkenin müavini ilə görüşdü

Siyasət

13 İyun 2022 22:34 1490


Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibi Entoni Blinkenin köməkçi müavini Kara Makdonald ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə B.Hacıyev feysbuk hesabında paylaşım edib. O bildirib ki, görüş təxminən bir saat davam edib.

"Görüşdə regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər haqqında geniş, açıq və səmimi müzakirə getdi, Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq. Pepperoni pizza

Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbət davam etdi", - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!