44 günlük Vətən Müharibəsində olduğu kimi, Azərbaycan yenə də böyük dövlətlərin və onların təmsilçilərinin qərəzli mövqeyi ilə üzləşib.
Dünən səhər saatlarından başlayaraq, başda Fransa və ABŞ siyasətçiləri olmaqla bir çox ölkədən Azərbaycana hədyan dolu ismarıclar ünvanlanmaqdadır.
Buna səbəb nədir? Dominos pizza
Ümumiyyətlə, bu cür halların qarşısını necə almaq olar?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub.
Onun sözlərinə görə, Prezidentimiz də uzunmüddətli sülh danışıqları aparmış, lakin bütün bunlara baxmayaraq, qarşı tərəf təxribatlardan əl çəkmir:
“Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar nə baş verdiyini bilmədən bu cür bəyanatlar səsləndirməklə yanlışa yol verirlər. İki dövləti eyni masa arxasında bir araya gətirib sülh təklif etmək yerinə onlar münaqişəyə yol verirlər.
Mən bütün Avropa dövlətlərinə bir ana olaraq müaciət etmək istəyirəm ki, sizlər özünüzün mənafeyini qorumaq əvəzinə, əgər həqiqətən istəyirsinizsə ki, bu konflikt çözülsün, onda bizə dəstəyinizi bildirin”.
“Bizə qarşı olan haqsızlığı 30 ildir ki, müşahidə edirik. Onlara bir daha bildirirəm ki, əgər normal yaşayışın təmin olunmasını və Qafqazın sülhlə barışmasını istəyirsinizsə, gəlib üzbəüz həll edin! Yoxsa ki, fikirlərinizi bəyanatla irəli sürməyin! Mənim özümdə daim Azərbaycanın haqq işlərilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişəm və yenə də edəcəyəm”, – deyə hüquq müdafiəçisi fikirlərini yekunlaşdırıb.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız