“Bəyannamə Ermənistanı mövcud statusdan məhrum edəcək” - Bəhruz Məhərrəmov

saytların hazırlanması

Evə çatdırılma

“Bəyannamə Ermənistanı mövcud statusdan məhrum edəcək” - Bəhruz Məhərrəmov

Siyasət

23 Fevral 2022 16:03 866


Ötən gün Prezident İlham Əliyev rusiyalı vəzifədaşı Vladimir Putinlə Moskva Bəyannaməsini imzalayıb.

Qeyd edək ki, Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov sənədi müsbət qiymətləndirib: Toyuqlu pizza

“Dünən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və sənəddə ən diqqət çəkən məqamlardan biri beynəlxalq hüququn norma və prinsiplərinə israrlı istinad, o cümlədən sülh və təhlükəsizlik məsələlərində BMT-nin mərkəzi rolunun bəyan olunmasıdır.

Əvvəlcə onu qeyd etməliyik ki, bu sənəd təktərəfli akt deyil, yəni Rusiyanın Azərbaycana münasibəti yox, qarşılıqlı fəaliyyəti əhatə edir. Təsadüfi deyil ki, 43 maddəlik bəyanatda milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn tanınmış prinsip və normalarına, xüsusən, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır”.

Siyasətçi əlavə edib:

“Eyni zamanda, sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyəti güdən nəinki heç bir maddə, ümumiyyətlə, heç bir nüans yoxdur.

Yaxın tarixə və elə son baş verənlər fonunda müqayisə etsək, bu hər şeydən əvvəl Azərbaycan liderinin Rusiya ilə balanslı siyasətinin uğuru kimi qiymətləndirilməlidir. Yəni cənab İlham Əliyev çox gərgin bir periodda Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan ikitərəfli beynəlxlaq xarakterli razılaşma ilə sığortalayıb, bununla da Azərbaycan Qafqazda Moskva ilə münasibətlərdə bərabərhüquqlu münasibətlər qura bilən yeganə dövlət olduğunu bir daha nümayiş etdirib.

Beləliklə, Bəyannamə ilə artıq iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında yeni müttəfiqlik dövrü başlanır”.

“Digər çox vacib bir məqam müasir silah və hərbi texnika ilə təchiz olunma, beynəlxalq-hüquqi öhdəliklər nəzərə almaqla hərbi yardım göstərilməsi formatında hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlinməsi, bəyan edilməsi, indiyədək Qafqazda Rusiya üçün birmənalı hərbi tərəfdaş olan Ermənistanı Azərbaycana qarşı "Rusiya" adlı təhdid amilindəm məhrum edir. Konkretləşdirsək, cənab İlham Əliyev 44 günlük müharibədə Ermənistanın hərbi potensialını sıradan çıxarmışdısa, bu sənədlə də İrəvan perspektivdə Azərbaycan və Rusiyanı üz-üzə qoymaq imkanını itirdi.

Həmçinin, Bəyannamə ilə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın nəzərdə tutulması, bu günə qədər məhz Rusiyanın dəstəyi ilə Metsamor AES-in timsalında bu sahədə bölgədə təbii inhisarçı olan Ermənistanı mövcud statusdan məhrum edəcək”, - deyə B. Məhərrəmov fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!